AZ

Azərbaycanda iki şirkət rəhbərinin ölkədən çıxışına QADAĞA QOYULDU

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şəki Kommersiya Məhkəməsi iki MMC rəhbərinin ölkədən çıxışına məhdudiyyət tətbiq edib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, “Green Project 2022” MMC və “TNT Engineering” MMC-nin vergi və sosial sığorta borcları yarandığı üçün barələrində məhkəməyə müraciət olunub.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə verərək hər iki MMC rəhbərinin ölkədən çıxışının məhdudlaşdırılmasını istəyib.

Məlumata görə, “Green Project 2022” MMC-nin vergi və sığorta borcu 17 min manat, “TNT Engineering” MMC-nin isə təxminən 3 min manat təşkil edir.

Məhkəmə qətnaməsi ilə “Green Project 2022” MMC-nin qanuni təmsilçisi Asif İsmayılovun, “TNT Engineering” MMC-nin qanuni təmsilçisi Şamxal Mürsəlovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
4
bakivaxti.az

5Mənbələr