AZ

Paşinyan: 2018-ci ildə Qarabağı Azərbaycanın olmasını deməməklə səhv etmişəm

“44 günlük müharibənin qarşısını almaq üçün nə lazım idi? Təsəvvür etdiyimiz Qarabağ münaqişəsinin həllinin legitimliyini beynəlxalq legitimliyinə uyğunlaşdıracaq bir şeyə ehtiyac var idi”.

Ölkə.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Nəzəri cəhətdən fikirlərimizi eyniləşdirmək mümkün olsa da, bu, praktiki olaraq mümkün deyildi. Çünki ilk addım Qarabağın Azərbaycanın bir hissəsi olması lazım olduğunu etiraf etmək olardı; başqa variant yox idi. Əgər 2018-19-cu illərdə bunu edə biləcəyimizi düşünürdüksə, bəli, bunu etməməklə səhv etmişəm", -Paşinyan qeyd edib.

Mürtəza


Seçilən
28
2
azia.az

3Mənbələr