AZ

Ərdoğan Azərbaycana yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Türkiyə lideri 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda keçiriləcək mərasimdə iştirak edəcək.

Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimə qatılacaq Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli görüş keçməsi də nəzərdə tutulur.

Seçilən
6
23
nocomment.az

10Mənbələr