AZ

İsveçin iqlim və ətraf mühit naziri Kralın COP sammiti ilə bağlı bəyanatı ilə razılaşmır

Stokholm, 8 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç Kralı XVI Karl Qustav “Ekot” radiosuna verdiyi müsahibədə dünya liderlərinin Braziliyada keçiriləcək COP30 iqlim konfransında razılığa gələ bilməyəcəklərini bildirib. O, həmçinin bütün ölkələrin vahid sənəd imzalaya biləcəyinə şübhə ilə yanaşaraq Avropa İttifaqının qlobal tullantıların yalnız 6 faizinə malik olduğunu, bu emissiyaların əsas hissəsinin digər bölgələrdən gəldiyini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, “Our World in Data”ya görə, Avropa qlobal karbon qazı emissiyalarının təxminən 13 faizinə malikdir. Ümumilikdə, Aİ-nin 27 üzvünün payına Aİ təxminən 6 faiz qlobal tullantı düşür və bu, İttifaqı Çin, ABŞ və Hindistandan sonra dördüncü ən böyük emissiya mənbəyinə çevirir.

İqlim və ətraf mühit naziri Romina Purmoxtari Kralın qənaəti ilə razı deyil. O hesab edir ki, Avropa daha az emissiyaya malik olsa da, bu, onun töhfəsinin əhəmiyyətsiz olduğu anlamına gəlmir. Nazir qeyd edib: “Əgər hər bir ölkə öz payının əhəmiyyətsiz olduğunu düşünsəydi, məsuliyyət yalnız Çin, ABŞ və Hindistanın üzərinə düşərdi”.

R. Purmoxtari, həmçinin vurğulayıb ki, varlı ölkələrin 2035-ci ildən başlayaraq hər il 300 milyard dollar ayırmaq barədə Bakıda keçirilən son iqlim sammitində verdiyi vədlərə baxmayaraq, Aİ və İsveç hələ də yoxsul ölkələrə iqlim dəyişikliyi yardımını kifayət qədər maliyyələşdirmir.

İsveç hökuməti onun üzvlərinin sammitdə iştirak etməməsi səbəbindən tənqidə məruz qalıb, lakin ölkəni Kral, kraliça və Aİ işləri üzrə nazir Cessika Rozenkrants təmsil edirlər. Nazir inanır ki, kral cütlüyü ölkəni ləyaqətlə təmsil edir. O bildirib ki, monarxların səlahiyyətlərini layiqincə qiymətləndirmək lazımdır, kraliçanın Braziliya mənşəli olması isə əlaqələrin möhkəmlənməsinə kömək edir.

Seçilən
61
1
azertag.az

2Mənbələr