AZ

Ərdoğanın müavini Azərbaycanı təbrik etdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Kürşad Zorlu ölkəmizi təbrik edib.

"Cebheinfo.az" xəbər verir ki, o, Zəfər Günü ilə bağlı "X" hesabında paylaşım edib.

Həm türk, həm də Azərbaycan dilində paylaşılan təbrik mesajında deyilir:

"5 il əvvəl Azərbaycanın qəhrəman ordusu 44 günlük Vətən müharibəsində böyük qələbə qazanaraq, torpaqlarını işğaldan azad etdi. Türk dünyasına qürur gətirən bu mənalı gün Azərbaycan xalqının mərdliyinin və qətiyyətinin simvolu kimi tarix səhifələrinə qızıl hərflərlə yazıldı. Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edir, vətən uğrunda canlarını fəda eden bütün şəhidlərimizi rəhmət, qazilərimizi isə  minnətdarlıqla xatırlayırıq". 

Seçilən
37
cebheinfo.az

1Mənbələr