AZ

Üçtərəfli bəyanatın hazırlanmasının detalları açıqlanıb

Xarici işlər naziri Ceyhun Bayramov  İTV-də yayımlanan “Təmas xətti” verilişində 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatın hazırlanması prosesi ilə bağlı detalları açıqlayıb...

Nazirin sözlərinə görə, Prezident İlham Əliyev israrla bir sıra məsələlərin bəyanata salınmasına nail oldu.

“Müharibənin son günlərində danışıqlar birbaşa AzərbaycanRusiya prezidentləri arasında aparılırdı. Məhz bu zaman Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi - Laçın, KəlbəcərAğdamdan erməni silahlı qüvvələrinin çıxarılma tarixi, üçtərəfli bəyanatın müddətli olması və Rusiya sülhməramlılarının əraziyə daxil olmaları ilə erməni silahlılarının ərazidən çıxarılmasının eyni vaxtda icra olunması.

Orada istifadə edilən terminologiya çox vacib idi. Orada Ermənistan silahlı qüvvələrindən söhbət getmirdi, “erməni silahlıları” ifadəsi işlənmişdi ki, sonradan bundan arqument kimi istifadə edilməsin.  Bu bizə 2020-2023-cü illərdə ciddi arqument verdi və biz bundan hər yerdə istifadə edirdik ki, üçtərəfli bəyanat pozulur”, - C.Bayramov vurğulayıb.

Poliqon.info

Seçilən
9
10
poliqon.info

10Mənbələr