AZ

Mərkəzi Asiya liderləri Trampla hansı dildə danışıblar?

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp “Mərkəzi Asiya + ABŞ” (C5+1) formatında sammit çərçivəsində region ölkələrinin liderlərini Ağ Evdə qəbul edib.

 

Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentlərinin iştirak etdikləri görüşdə diqqətçəkən məqamlardan biri onların fərqli dillərdə çıxış etmələri olub.

 

Belə ki, Qırğızıstan lideri Sadir Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon ana dillərində danışıblar. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov isə Trampla danışıqları rus dilində aparıblar.

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “C5+1” formatında ingilis dilində çıxış edən yeganə lider olub. 

 

Müşahidəçilərin fikrincə, Tokayevin ingilis dilindən istifadə etməsi Qazaxıstanın Qərblə əlaqələrdə artan diplomatik çevikliyini və beynəlxalq arenada “böyük oyunçu” olmaq niyyətini nümayiş etdirib.

 

Modern.az xatırladır ki, sammitdə əsas müzakirə mövzularının təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-logistika layihələri və region ölkələrinin iqtisadi inteqrasiyası olduğu bildirilir.

 

Tramp çıxışında ABŞ-ın Mərkəzi Asiya ilə tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu, regionun suverenliyi və müstəqilliyinin Vaşinqton üçün prioritet təşkil etdiyini vurğulayıb.

Seçilən
2
2
senzor.az

3Mənbələr