AZ

Trampdan yeni Zəngəzur açıqlaması

TRIPP layihəsi (beynəlxalq sülh və rifah üçün Tramp marşrutu) dünyanın iqtisadi cəhətdən əhəmiyyətli bir bölgəsindən keçən nəqliyyat dəhlizidir. Layihə Xəzər dənizinin digər tərəfində ticarət fəaliyyətinin artımını stimullaşdırmaq və Orta Asiya ölkələrinin inkişafına töhfə vermək üçün hazırlanıb.

 

Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp C5 + 1 görüşü zamanı deyib.

 

Trampa görə, bu marşrutun icrası Azərbaycan ilə Ermənistan arasında tarixi saziş sayəsində mümkün olub.

 

"Bu tarixi saziş yeni bir “Tramp marşrutu” yaradır. Bu heyrətamizdir. Onlar - Azərbaycan və Ermənistan  bu marşruta mənim şərəfimə Tramp adını verdilər və mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Bu əslində böyük bir nailiyyətdir. Trampın yeni marşrutu beynəlxalq sülhün yoludur. İqtisadi cəhətdən əhəmiyyətli bir bölgədən keçir və Orta Asiya xalqlarına kömək edərək Xəzər dənizi boyunca ticarəti təşviq edəcəkdir. Əminəm ki, bu gün burada iştirak edən hər bir ölkə ortaya çıxan imkanlardan yararlana biləcək", - Tramp deyib.

 

Xatırladaq ki, Donald Tramp ötən gün Ağ Evdə “Mərkəzi Asiya + ABŞ” (C5+1) formatında region ölkələrinin liderlərini qəbul edib.

 

Görüşdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri iştirak ediblər.

 

Seçilən
3
9
senzor.az

10Mənbələr