AZ

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Berlin, 8 noyabr, AZƏRTAC

Almaniya Polisi ölkəyə qanunsuz miqrasiya cəhdləri zamanı iki ağır insan qaçaqmalçılığı faktını aşkarlayıb.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, qaçaqmalçılar onlarla insanı təhlükəli və insan ləyaqətinə zidd şəraitdə böyük tonnajlı avtomobillərin yük yerində Almaniya istiqamətində daşıyıblar.

Birinci hadisədə İrandan olan iki ailənin üzvləri olan yeddi nəfərin Latviyadan Almaniya sərhədinə qədər 15 saatlıq yol boyunca fasiləsiz daşındığı müəyyənləşdirilib. İkinci halda isə Somalidən, Eritreyadan və Efiopiyadan olan 22 nəfərin Belarusdan 31 saatlıq məsafəni eyni şəraitdə daşındığı məlumat olub. Miqrantların hər biri bu səyahət üçün qaçaqmalçılara təxminən 1800 avro ödəyib. Əməliyyatlar nəticəsində latviyalı iki şübhəli saxlanılıb.

Polisin məlumatına əsasən, Almaniyaya qanunsuz daxilolma hallarının ümumi sayı əvvəlki illərlə müqayisədə azalmaqda davam edir. Ötən ay 4776 nəfərin ölkəyə qanunsuz giriş cəhdi qeydə alınıb. Rəsmi statistikaya əsasən, Almaniyada yaşayan qaçqınların ümumi sayı da azalıb və 2024-cü ilin sonundakı 3 milyon 545 mindən 2025-ci ilin ortalarında 3 milyon 495 min nəfərə düşüb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
2
azertag.az

3Mənbələr