Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi (PFDK) "Beşiktaş"la "Fənərbağça" arasında keçirilən derbidə baş verən hadisələrlə bağlı qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, qərara əsasən “Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın derbidə gördüyü qırmızı kart səbəbindən 1 oyunluq cəza alıb. O, "Antalyaspor"la növbəti matçda texniki zonada yer almayacaq.
Digər tərəfdən, yarımmüdafiəçi Orkun Kökçü eyni oyundakı davranışına görə 2 oyunluq cəzaya məruz qalıb.
Kökçü, "Antalyaspor" və "Samsunspor" qarşılaşmalarında forma geyinə bilməyəcək.
Kamil Xudiyev