Quardiola özünü tarixin ən yaxşı baş məşqçisi adlandırdı.

Offsideplus.az xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Quardiola jurnalistin sualına verdiyi cavabla gündəm yaradıb.

Mətbuat nümayəndəsi Quardiolaya: “Bəzi insanlar sizi futbol tarixinin ən böyük məşqçisi hesab edir. Bu fikirlə razısınızmı?” - sualını ünvanlayıb.

İspan mütəxəssis isə qısa, amma iddialı cavab verib: “Onlar tamamilə haqlıdır.”