AZ

Zelenski: Orban Ukraynanın Avropaya yolunu kəsə bilməyəcək

BAKI, 7 noyabr. TELEQRAF

"Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına doğru hərəkətini dayandıra bilmir və onun bu prosesi əngəlləmək cəhdləri yalnız Moskvanın ritorikasına dəstəkdən xəbər verir".

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.

"Əvvəla, Orban Trampı Macarıstana dəvət edib Putinlə görüşdürmək istəyir... Harada olur-olsun, atəşkəsə xidmət edən görüşü dəstəkləyirik. Əgər müvafiq görüşlər yalnız Orbanın "seçki salamı" üçün lazımdırsa və heç bir nəticəsi olmayacaqsa, biz bunu dəstəkləyə bilmərik", - Zelenski deyib.

Ukrayna Prezidenti vurğulayıb ki, dövlət Rusiya və Belarus istisna olmaqla, görüş üçün bütün mümkün ölkələrlə razılaşa bilər, “sonra hər şey nəticədən asılıdır”.

Seçilən
34
teleqraf.com

1Mənbələr