AZ

Azərbaycan bərpa olunan enerjinin inkişafı sahəsində lider dövlətlərdən birinə çevrilməkdədir - Sahibə Qafarova

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası(COP30) çərçivəsində “Enerji Keçidi” mövzusunda tematik sessiyadaçıxışında ölkəmizdə bərpaolunan enerji istehsalınıngenişləndirilməsi istiqamətində görülən işlər və əldə olunanuğurlar barədə də məlumat verib.

Trend-inməlumatına görə, o deyib ki, Azərbaycan təmiz enerji siyasətiniardıcıl şəkildə həyata keçirərək enerji balansında bərpa olunanenerjinin payını artırmaqdadır və ölkəmiz bərpa olunan enerjinininkişafı sahəsində lider dövlətlərdən birinə çevrilməkdədir.

Qeyd olunub ki, 2030-cu ilə qədər ölkəmizdə istehsal edilənenerjinin təxminən 40 faizinin bərpa olunan enerji mənbələrindənəldə olunması nəzərdə tutulur.

Parlamentin spikeri deyib ki, təmiz enerji sahəsinə buinvestisiya öhdəliyi, zəngin ənənəvi enerji ehtiyatlarımızabaxmayaraq, ölkəmizin aşağı karbonlu gələcək qurmaq istiqamətindəqətiyyətini nümayiş etdirir.

Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan həmçinin təmizenerjinin inkişafı ərazilərinin təyin olunmasında yenistandartların müəyyənləşdirilməsində də aparıcı rol oynayır. Otuzilə yaxın işğal altında qalmış və dağıdılmış ərazilərimizdə YaşılEnerji Zonası yaradılması dayanıqlı bərpa və regionaltransformasiya istiqamətində strateji baxışın bariznümunəsidir.

Seçilən
24
3
az.trend.az

4Mənbələr