"Qalatasaray" canlı əfsanəni transfer etməkçün rəsmi danışıqlara başlayacaq.
Offsideplus.az xəbər verir ki,rəhbərlik Lionel Messini icarəyə götürmək istəyir
Onların planı ABŞ liqasının (MLS) mövsümünün fasiləsi zamanı argentinalı futbolçunu icarə əsasında heyətə qatmaqdır.
Xəbərlərə görə, İstanbul təmsilçisinin rəhbərliyi Messinin bütün maaşını ödəməyə hazırdır və klub skautları artıq bir neçə aydır onun vəziyyətini yaxından izləyir.
Əgər bu transfer baş tutarsa, bu, Türkiyə futbol tarixinin ən sensasiyalı keçidi ola bilər.