Sasseks hersoqu şahzadə Harrinin həyat yoldaşı Meqan Markl səkkiz ildən sonra aktrisalığa geri dönür.
Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, Markl “Close Personal Friends” adlı filmdə rol alacaq.
O, çəkilişləri Los-Ancelesdə aparılan ekran işinin meydançasında Lili Kollins və Bri Larsonla birlikdə görüntülənib.
Məlumata görə, Markl filmdə öz obrazını canlandıracaq.
Qeyd edək ki, şahzadə Harri ilə tanış olmadan əvvəl Meqan Markl məşhur “Suits” serialının ulduzlarından biri idi.