Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Quba” Azərbaycan Basketbol Liqasının VI turunda “Sərhədçi” ilə matçda bacardığını ortaya qoyub.
İdman.Biz xəbər verir ki, bunu baş məşqçi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
“Komanda oynadı, bütün bacarığını ortaya qoydu. 15-20 xal önə çıxıb, üstünlüyü saxlamamaq zəiflikdir. Sonda səhvlər ardıcıl gəldi və oyun əldən çıxdı. Normal başlamışdıq, davamını gətirə bilmədik. Səhvlərimizin sayı çox oldu.
Komandamızın səviyyəsi budur, daha artığına gücümüz çatmır. Xüsusilə sonuncu periodda çox zəif oynadıq. Oyunda dominantlıq edib sonra uduzmaq... Yorğunluq əlamətidir, ya nədir bilmirəm. Nəticə bizim üçün olduqca ağırdır”, - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların 86:82 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.