AZ

Milli Qəhrəman Pəncəli Teymurovun anası: İnanırdım ki, Prezidentimiz oğluma yüksək dəyər verəcək

“Oğlumun qəhrəman olduğunu bilirdim və inanırdım dövlət başçısı oğluma yüksək dəyər verəcək”.

Bunu APA-nın cənub bürosuna şəhid Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurova deyib.

“Bu gün Zəfərimizin 5-ci ildönümü ilə bağlı Ali Baş Komandan İlham Əliyev bizi ikiqat sevindirdi. Allah ona can sağlığı versin. Prezidentimizə, Birinci vitse-prezidentimiz Mehriban xanıma təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin”, - Vahimə Teymurova əlavə edib.

Milli Qəhrəmanı Pəncəli Teymurovun qardaşı Famil Teymurov deyib ki, bu gün ailəsinin sevincinin həddi-hüdudu yoxdur: “Cənab prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. 8 Noyabr - Zəfər Günü münasibətilə tədbirdə idim. Prezident İlham Əliyevin qardaşım Pəncəli Teymurovla bağlı Sərəncam imzalaması, ona Milli Qəhrəman adı verməsi barədə məlumat aldım. Xəbəri eşidəndə sevincdən gözlərim doldu. Dövlət başçısına təşəkkürümüzü bildirirəm. Allah Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət eləsin”.

Milli Milli Milli Milli
Seçilən
13
5
apa.az

6Mənbələr