AZ

Zəfər yolu ilə Böyük Qayıdışa: Qarabağ və Şərqi Zəngəzurda şəhərsalmanın son 5 ili (FOTO)

Bakı. Trend:

Noyabrın 7-də Zəfər Günü ilə əlaqədar Dövlət Şəhərsalma vəArxitektura Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin birgətəşkilatçılığı ilə “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgitəşkil olunub.

Trend bu barədəDövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbərverir.

Dənizkənarı Milli Parkda bir ay davam edəcək sərgi işğaldan azadedilmiş ərazilərdə aparılan quruculuq proseslərini və “BöyükQayıdış” Dövlət Proqramının nəticələrini əks etdirir. Sərgivasitəsilə paytaxt sakinləri və qonaqlar Azərbaycanın qısa dövrdəhəmin ərazilərində həyata keçirdiyi müasir şəhər modelləri ilətanış ola biləcəklər.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali BaşKomandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzunqazandığı tarixi Qələbədən sonra Azərbaycan şəhərsalma sahəsindəyeni mərhələyə qədəm qoyub. Təcavüz nəticəsində viran edilmiş,urbisid və ekosidə məruz qalmış ərazilərdə beş il ərzində əldəedilən uğurlu nəticələr münaqişədən sonrakı bərpanın qlobalnümunəsinə çevrilib. Azərbaycanın müasir şəhərsalma siyasətiinsan-mərkəzlilik, dayanıqlılıq və innovasiya prinsiplərinəəsaslanır.

Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin Ümumiplanı, 8 şəhərin Baş planı, habelə Xankəndi, Xocalı, Ağdərə vəXocavənd şəhərlərinin Baş planları hazırlanmaqdadır. Eyni zamanda90-dan çox kənd və qəsəbənin layihə sənədləri təsdiq edilib, 20yaşayış məntəqəsi üzrə layihələndirmə işləri isə yekunmərhələdədir. Bu sənədlər hər bir yaşayış məntəqəsininsosial-iqtisadi baxımdan tarazlı şəhər mühiti kimiformalaşdırılmasının təməlini qoyub. Layihələrə əsasən, həminməkanlarda yeni yaşayış kompleksləri, təhsil və səhiyyəmüəssisələri, ictimai-iaşə obyektləri, muzey və mədəniyyətmərkəzləri tikilir, yol-küçə şəbəkələri, turizm və rekreasiyazonaları və sənaye parkları salınır, enerjiyə qənaət edən tikintivə “ağıllı” infrastruktur həlləri tətbiq olunur. Memarlıqabidələrinin bərpasına və tarixi irslə müasir innovasiyalarınharmoniyasına xüsusi diqqət yetirilir.

Görülən işlər nəticəsində artıq həmin ərazilərdə bu günədək 10rayonun 30 yaşayış məntəqəsinə (6 şəhər, 2 qəsəbə və 22 kənd)keçmiş məcburi köçkünlərin qayıdışı baş tutub. Ümumilikdə otorpaqlarda 60 minə yaxın şəxs yaşayır, işləyir və təhsil alır.

“Zəfər yolu ilə Böyük Qayıdış” fotosərgisi butransformasiyaların ruhunu vizual olaraq çatdırır. Qarabağın vəŞərqi Zəngəzurun dirçəliş hekayəsi fotoqrafın obyektivindəncanlanır. Fotoşəkillərdə əks olunan bütün şəhərsalma vəinfrastruktur layihələri, habelə doğma yurda qayıdış səhnələriZəfərin simvolu kimi böyük nikbinlik və gələcəyə inam aşılayır.

Beləliklə, ötən beş il Azərbaycan üçün yeni şəhər reallığınınyaradılması dövrünə çevrilib. Ölkəmizin dirçəlişi tikinti bumu iləməhdudlaşmayaraq, münaqişədən sonrakı davamlı şəhərsalmanın unikalmodelini inkişaf etdirib.

Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Seçilən
17
8
az.trend.az

9Mənbələr