Bakı. Trend:
Bu günlərdə Azərbaycan QHT-ləri Xankəndidə Prezident İlhamƏliyevə müraciət ünvanlayıblar.
Trend xəbərverir ki, müraciətdə QHT-lər dövlətimizin başçısının Azərbaycanıqələbədən-qələbəyə aparan siyasətini tam müdafiə edir, müharibəninqalibi və sülhün müəllifi kimi Prezident İlham Əliyevin tariximissiyasını alqışlayaraq bildiriblər:
“Bu il avqustun 8-də keçirilmiş Vaşinqton Zirvə görüşü də sübutedir ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixinə yenimərhələnin başlanğıcı kimi düşəcək. Biz Sizinlə fəxr edirik!Şəhidlərimizin qanı, veteranlarımızın şücaəti, xalqımızın birliyi,Sizin güclü liderliyiniz və dəmir yumruğunuz sayəsində əldə edilmişərazi bütövlüyü və suverenliyimizi göz bəbəyi kimi qorumaq ilknövbədə vətəndaşlıq borcu, milli şərəfimizdir. Azərbaycan QHT-ləribu yolda daim mübariz olacaq!”.
Müraciətdə, həmçinin Böyük Qayıdışa güclü dəstək ifadəedilir:
“Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişiSizin yürütdüyünüz siyasətin təntənəsi, tarixi bəhrəsidir. İşğaldanazad olunmuş ərazilərdə - 30 il müddətində viran qalmış yerlərdəqısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd qurulub, 60 minə yaxıninsan artıq bu yerlərdə məskunlaşıb, proses sürətlə davametdirilir. Azərbaycan postmünaqişə bölgəsində şəhərsalma təcrübəsiilə dünyada bənzərsiz nümunə, model yaradıb”.