Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Türkiyə və Pakistan Azərbaycanla qardaş ölkələrdir və aramızda geniş əlaqələr mövcuddur. Qarabağ müharibəsi zamanı bu ölkələrin mənəvi dəstəyini açıq şəkildə gördük. Təsadüfi deyil ki, xalqımız meydanlarda Azərbaycan bayrağı ilə yanaşı Türkiyə və Pakistan bayraqlarını da dalğalandırırdı. Müharibədən sonra da hər iki ölkənin liderləri dəfələrlə Azərbaycana səfər edib dəstək ifadə ediblər".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. "Zəfərin 5 illiyində Türkiyə və Pakistan əsgərlərinin Azərbaycan əsgərləri ilə birlikdə paradda iştirak etməsi, həmçinin Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərifin Bakıya gəlməsi bu qardaşlığın bariz nümunəsidir. Bu, Ankara, İslamabad və Bakı arasında sarsılmaz bir birliyin göstəricisidir".O bildirib ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci bir ölkə tapmaq çətindir:"Pakistanla da münasibətlər artıq yüksək səviyyədədir və bu əlaqələr getdikcə daha da möhkəmlənir. Üç ölkə arasında güclü bir ittifaq, əsl qardaşlıq bağı formalaşıb və liderlər bu birliyin inkişafı istiqamətində fəal şəkildə çalışırlar.Türkiyə və Pakistan əsgərlərinin Bakıda Azərbaycan əsgərləri ilə birgə iştirak etməsi dünyaya açıq mesajdır. Bu, yeni və güclü bir ittifaqın formalaşdığını göstərir. Hər üç ölkə böyük potensiala malikdir. Pakistan nüvə silahına sahib ölkədir və bu fakt bir daha sübut edir ki, Azərbaycan, Türkiyə və Pakistan daim bir-birini müdafiə edən, güclü qardaş dövlətlər kimi birləşiblər".Qeyd edik ki, Zəfər günü ilə bağlı keçiriləcək paradda Türkiyə və Pakistan əskərləri də iştirak edəcək. Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.