AZ

Dağıstanda turistləri daşıyan vertolyot qəzaya uğrayıb...

Dağıstanda baş verən vertolyot qəzasında dörd nəfər həlak olub.

SİA xəbər verir ki,bu barədə TASS regional səhiyyə naziri Yaroslav Qlazova istinadən məlumat verib.

Rəsmi şəxs bildirib ki, KEMZ vertolyotu Açi-su kəndi yaxınlığında qəzaya uğrayıb.

Vertolyotda yeddi nəfər olub. Yaralılardan üçünün vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib.

Telegram kanallarına görə, vertolyot turistləri daşıyırmış.

O, İzerbaş şəhərinə gedirmiş və kurortda qəzaya uğrayıb. Regional təcili yardım xidmətlərinin məlumatına görə, qəza nəticəsində fərdi ev dağılıb; içəridə heç kim olmayıb.

Əli Babayev

Seçilən
44
1
sia.az

2Mənbələr