Dedektiv yazıçı və hüquqşünas Müşfiq Abbasov sosial şəbəkə hesabında cinsi azlıqlarla bağlı şəxsi müşahidələrini bölüşüb.
NOCOMMENT.az xəbər verir ki, Abbasov bildirib ki, Bakı şəhər prokurorluğunda müstəntiq kimi fəaliyyət göstərdiyi dövrdə cinsi azlıq nümayəndəsinin qətlilə bağlı cinayət işinə baxıb və araşdırma zamanı hadisənin bir sıra tanınmış şəxslərlə əlaqəsinin müəyyən edildiyini iddia edib:
“Yalnız bizdə cinsi azlıq nümayəndəsi öldürüləndə hamı qatilə haqq qazandırır. Cinsi azlıq nümayəndələrini mən də sevmirəm, təbiətin yaratdığını dəyişmək məncə düzgün deyil. Amma cinsi azlıqlara meyl edən ‘kişilər’ə nə deyək? Yadımdadır, Bakı şəhər prokurorluğunda müstəntiq olanda bir işi istintaq edirdim. Cinsi azlıq nümayəndəsini Bakı-Sumqayıt yolunun kənarında, Ekologiya postunun yaxınlığındakı ağaclıqda öldürmüşdülər.
Həmin cinayət işini araşdırarkən müəyyən etmişdim ki, bu şəxslə kimlər görüşməyib ki? Biznesmenlər, idmançılar, hətta rayon icra başçısı… Onların hamısının ailələri, həyat yoldaşları var idi. Dindirdikcə xəcalət belə çəkmirdilər”.
Qeyd edək ki, rəsmi qurumlar tərəfindən açıqlanan məlumata görə, cinsi orientasiya fərqindən asılı olmayaraq hər bir vətəndaşın hüquqlarının qorunması qanunvericiliklə təmin olunur, və hər hansı zorakılıq və ya qətl hadisəsi ağır cinayət kimi qiymətləndirilir.