Azərbaycan Basketbol Liqasının (ABL) 6-cı turunda daha bir oyun baş tutub.
Fanat.Az xəbər verir ki, B qrupunda "Quba" "Sərhədçi"ni qəbul edib.
Quba Olimpiya İdman Kompleksində reallaşan qarşılaşma qonaqların 86:82 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu gün B qrupunda daha bir görüş baş tutacaq. "Naxçıvan" "Ordu" ilə üz-üzə gələcək. Bu matç Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Qeyd edək ki, turun ötən gün keçirilən matçında "Sumqayıt" "Lənkəran"ı 98:94 hesabı ilə məğlub edib.