"Avropa İttifaqına (Aİ) səfərlər rusiyalılar üçün verilmiş bir haqq deyil, imtiyazdır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Avropa İttifaqına səfər imtiyazdır, verilmiş bir haqq deyil,” – o vurğulayıb.
Kallas əlavə edib ki, Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirmək qərarını guya Aİ ölkələrinin ərazisində baş verən pilotsuz uçuş aparatları və diversiya halları səbəbindən qəbul edib.