"Qalatasaray" və "Lion"un sabiq futbolçusu Leo Dubua karyerasını başa vurmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, o, dizindəki ağrılara görə artıq futbol oynaya bilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Dubua 2022-ci ildə "Lion"dan "Qalatasaray"a transfer olub. O, sarı-qırmızılı forma ilə 27 oyuna çıxıb və 1 qol vurub.
2022/23 mövsümündə Türkiyə çempionluğu sevinci yaşayıb.
Dubuanın son klubu "Eyüpspor" olub.