AZ

ABŞ də yüzlərlə aviareys ləğv olunur

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az Amerika mediasına istinadən xəbər verir ki, ümumilikdə aviaşirkətlər təkcə noyabrın 7-də təqribən 600 aviareysi ləğv edəcək ki, bu da onların cədvəlinin təxminən 4%-nə bərabərdir. Federal Aviasiya Administrasiyasının (FAA) məhdudiyyətləri Nyu-York, Los-Anceles, Vaşinqton, Dallas, Mayami və Sietl hava limanlarını əhatə edəcək.

ABŞ hava nəqliyyatını dayandıra bilər

Bununla belə, beynəlxalq uçuşlar dəyişməz qalacağı, ixtisarların isə ilk növbədə daxili marşrutlara şamil olunacağı bildirilir. FAA uçuşların miqdarını 7 noyabrda 4%-dən 14 noyabrda 10%-ə qədər mərhələli şəkildə azaltmağı planlaşdırır. ABŞ-nin Nəqliyyat naziri Şon Daffi, təxminən 2000 nəfərlik kadr çatışmazlığını vurğulayaraq, bəzi dispetçerlərin maaşların dayandırılması səbəbindən yarımştat işləməyə məcbur olduğunu deyib. Xatırladaq ki, bir neçə gün əvvəl Şon Daffi satdaun səbəbəindən hava nəqliyyatında uçuşların ixtiusara salına biləcəyi barədə xəbərdarlıq etmişdi. Ekspertlərin sözlərinə görə, aviaşirkətlər hələlik itkilərini ödəyə biləcəklər, lakin şatdaun Şükran günündən də o yana keçsə, aviasiya sahəsi üçün neqariv nəticələr əhəmiyyətli dərəcədə ciddiləşəcək. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
azvision.az

2Mənbələr