AZ

Bakıda qardaşı oğlunu öldürən şəxslə bağlı qərar

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadov barəsində həbs qətimkan tədbiri seçilib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində 1987-ci il təvəllüdlü B.İbadovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib və B.İbadov barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, noyabrın 4-də Bakının Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində 2006-cı il təvəllüdlü Yasin İbadov qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Y.İbadovun əmisi B.İbadov saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
5
axar.az

6Mənbələr