AZ

Fidan: Türkiyə Ukraynadakı münaqişənin həlli üçün Moskva və Kiyevlə əlaqə saxlayır

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara Ukraynadakı münaqişənin həlli üçün diplomatik prosesi irəli aparmaq üçün Moskva və Kiyevlə öz kanalları vasitəsilə əlaqə saxlamağa davam edir.

Xalqcebhesi.az “RİA Novosti”ə istinadə xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Bu məsələni o, Rumıniyanın xarici işlər naziri Oana Tsoiu ilə keçirdiyi mətbuat konfransında qaldırıb.

"Biz hər iki ölkə ilə dialoq aparmağa qadir olan ölkə olaraq diplomatik proses üçün kanallarımız vasitəsilə onlarla əlaqə saxlamağa davam edirik", - Fidan bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın “sülh prosesində uduzan tərəf olmayacaq” sözlərini sitat gətirib.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

2Mənbələr