AZ

“Zelenskiyə cavab vermək istəmirəm” – Gürcüstanın baş naziri

“Ukrayna hökuməti ən yüksək səviyyədə bizim Rusiyaya qarşı müharibəyə qoşulmağımızı tələb edib”.

NOCOMMENT.az gürcü mediasına istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze TRT WORLD telekanalına müsahibəsində deyib.

Ukrayna prezidentinin BMT-dən Gürcüstanla bağlı bəyanatı ilə bağlı sualı cavablandıran Kobaxidze qeyd edib ki, Zelenskiyə cavab vermək istəmir, çünki o, müharibə şəraitində olan ölkənin prezidentidir.

«Məsələn, mən Ukrayna Təhlükəsizlik Şurasının katibinin, Zelenskinin baş müşavirininvə bir çox başqalarının bəyanatlarını xatırlada bilərəm. Onlar açıq-aydın, çox aydın şəkildə bizdən Rusiyaya qarşı müharibəyə qoşulmağı tələb etdilər və biz bundan imtina etdik. Bu halda faktlar belədir”, – baş nazir vurğulayıb.

İmtinanın səbəbini izah edərkən Kobaxidze bildirib ki, hakimiyyət sülhü qorumaq istəyir:

“Bu, Gürcüstanda ikinci cəbhənin açılması ilə bağlı açıq bəyanat idi və təsəvvür edin, bu, ölkəmizi tamamilə məhv edərdi. Biz 4 milyondan az əhalisi olan kiçik ölkəyik. Son 35 ildə ölkəmiz çoxlu müharibələr, dörd müxtəlif müharibələr, dörd bir-birindən fərqli müharibə ilə üzləşib. Biz sülhü qorumaq istəyirik, bu, cəmiyyətimizin tələbidir və biz cəmiyyətimiz qarşısında məsuliyyət daşıyırıq”.

Eyni zamanda, baş nazir hesab edir ki, Rusiya və Ukrayna arasında müharibədən qaçmaq olardı, lakin “beynəlxalq ictimaiyyət buna tam diqqət yetirmək üçün çox az iş gördü”.

Seçilən
41
nocomment.az

1Mənbələr