AZ

Almaniyanın Baş Qərargah rəisi: Ukraynadakı müharibə bizim müəllimimizdir

BAKI, 7 noyabr. TELEQRAF

“Ukraynadakı müharibə Almaniyaya çox şey öyrədir, baş verənlərdən dərs çıxarmalıyıq”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karsten Broyer deyib.

“Ukraynadakı müharibənin dərslərini öyrənməli, onları öz şəraitimizə uyğunlaşdırmalı və öz hərbi konsepsiyalarımızı və strukturlarımızı formalaşdırmalıyıq”, - Baş Qərargah rəisi bildirib.

Broyer əlavə edib ki, Ukraynadakı müharibə Almaniya üçün bir növ müəllimə çevrilib.

Seçilən
15
teleqraf.com

1Mənbələr