AZ

Xalq artistlərindən Qarabağımız var artıq

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xalq artisti Miri Yusif "Qarabağımız var artıq" mahnısını Xalq artistləri Alim Qasımov və Natiq Şirinovla duet şəklində ifa edib.

Axşam.az xəbər verir ki, onları Natiq Şirinovunun rəhbəri olduğu "Natiq" ritm qrupu müşayiət edib.

“Azərbaycana Zəfər çox yaraşır. Layihənin əsas məqsədi Qarabağ zəfərini, xalqın birliyini və qəhrəman ordumuzun şücaətini musiqi dili ilə dinləyiciyə ötürməkdir. Bu mahnı “Ya Qarabağ, ya ölüm” mahnısının yenilənmiş və yeni nəfəs gətirilmiş formasıdır” deyə, M.Yusif bildirib. 

Bəstənin sözləri Fariz Zeynalova, musiqisi Aytən İsmixanovaya məxsusdur. Aranjiman və ideya müəllifi Tərlan Məmmədlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
axsam.az

2Mənbələr