AZ

Pəncəli Teymurovun ailəsi Prezidentə TƏŞƏKKÜR ETDİ - AÇIQLAMA

Aprel döyüşlərində şəhid olan Pəncəli Teymurova Milli Qəhrəman adı verilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Silahlı Qüvvələrin giziri, Aprel döyüşləri iştirakçısı Pəncəli Teymurova Milli Qəhrəman adı verilib.

Qeyd edək ki, gizir Pəncəli Teymurov 2016-cı ilin aprel döyüşlərində şəhid olub.

Modern.az Pəncəli Teymurovun qardaşı Elbrus Teymurovla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında o bildirib ki, sevinclərinin həddi-hüdudu yoxdur:

“Söz tapıb deyə bilmirəm. Hərbçi qardaşlarımızdan eşidirdik ki, bir gün cənab Ali Baş Komandan bu adı ona verəcək. Allah cənab Ali Baş Komandana can sağlığı versin. Ölkəmizin dəyərli prezidenti var. Torpaqlarımızı azad etdi, öz dəmir yumruğu ilə haqqı bərpa etdi”.

E.Teymurov qardaşının ev muzeyi ilə bağlı da danışıb:

“Qardaşımızın 2016-cı ildə şəhid olandan sonra 2017-ci ildə şəxsən mən onun muzeyini tikilməsində işləmişəm, palçıq daşıyıb tikmişəm. Sürdüyü maşın, geyim əşyaları, atributlararı hamısı muzeydə saxlanılır”.

Seçilən
3
3
modern.az

4Mənbələr