Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
8 Noyabr – Zəfər Günü ərəfəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının nümayəndə heyəti İkinci Şəhidlər Xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Ziyarət zamanı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavinləri t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi–baş həkimi, t.e.d. Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının qaziləri və əməkdaşları şəhid gömrükçü Ülvi Hacıyevin, şəhid həkim Turqay Xəlilzadənin, eləcə də Vətən uğrunda canından keçmiş digər şəhidlərin məzarlarını ziyarət edərək, üzərinə gül dəstələri düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhidlərin xatirəsi hər zaman uca tutulacaq, onların adları xalqımızın qəlbində əbədi yaşayacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.