Ertem Şener Bakı səfəri barədə təəssüratını bölüşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə türkiyəli idman şərhçisi sosial şəbəkədə izləyicilərinə məlumat verib.
O, Bakı şəhərinə aşiq olduğunu bildirib:
"Bakını çox sevirəm. Dəniz kənarındakı böyük Azərbaycan bayrağının yanından keçərkən insan kövrəlir. Çox qəribə duyğular yaşadım. Sanki illərdir atamı, anamı görməmişəm kimi hisslər yaşadım".
Qeyd edək ki, Ertem Şener noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Çelsi" (2:2) oyununun şərhçisi olub.
"Cebheinfo.az"