Xankəndi şəhərində yerləşən 23 fərdi yaşayış evinin təmiri işlərinə başlanılır.
Day.Az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, qurum sözügedən işlərin icrasını "Bərpa AS" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən,şirkətə 1,414 milyon manat ödənilib.
Beləliklə, bir evin təmiri 61,5 min manata başa gələcək.
Evlərdə təmir işlərinin həvalə olunduğu "Bərpa AS" MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Şxaliyev Rafiq Mubaris oğludur.