AZ

Əhaliyə XƏBƏRDARLIQ Noyabrın 7, 8 və 9 u...

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 7-8-də Günəşin cənub yarımkürəsində alışmalar hesabına aktivlik yüksək səviyyədə qalacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından BAKU.WS-ə verilən xəbərə görə, yüksək coğrafi enliklərdə noyabrın 7-də maqnit qasırğasının gücü 10 ballıq şkalada Kp indeksi ilə 6-7 olacaq, sonrakı günlərdə azalaraq normal fon səviyyəsinə qayıdacaq.

Bildirilib ki, Günəş aktivliyi radiorabitə siqnallarını noyabrın 8-də 70-80%, noyabrın 9-da 30-35% əngəlləyə bilən M sinif alışmalar hesabına artıb. Azərbaycanın da daxil olduğu orta coğrafi enliklərdə noyabrın 7-də qasırğanın gücü Kp infeksi ilə 6 olacaq, sonrakı günlər azalaraq fon səviyyəsinə qayıdacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
1
baku.ws

2Mənbələr