Milli Məclisin deputatı Vüqar Bayramov noyabrın 8-də Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərinə səfər edəcək.
O, Vaşinqton Universitetində təşkil ediləcək Qlobal Tədqiqat Mükəmməlliyi mövzusuna həsr olunmuş beynəlxalq konfransa qatılacaq, "Azərbaycanda insan kapitalının inkişafı" mövzusunda çıxış edəcək.
Səfər çərçivəsində Milli Məclisin deputatı Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzi tərəfindən təşkil ediləcək Beynəlxalq Sosial İslahatlar barədə konfransda da iştirak edəcək, Azərbaycanda həyata keçirilən sosial islahatlar və inklüziv sosial tədbirlər barədə məruzə edəcək.
Səfər noyabrın 14-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31