AZ

Beynəlxalq praktikada hansısa ölkənin xarici dövlət borcu ÜDM də nisbəti 50 faizi ötdükdə təhlükəli hədd sayılır

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“2025-ci il üçün Azərbaycanın dövlət borcu 25,7 milyard manat təşkil edib ki, bu da Ümumi Daxili Məhsulun 19,6 faizi deməkdir. Ümumi dövlət borcunun 8,5 milyard manatı və ya 33,2 faizi xarici dövlət borcunun, 17,1 milyard manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Azərbaycan hazırda borcun vəziyyətinə görə, dünyanın ən sabit ölkələr sırasında yer alır və ölkəmiz regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır.

Müşfiq Cəfərov

“Ölkəmizdə borcun ÜDM-də payı 6,5 faiz təşkil edir ki, bu da dünya miqyasında ən aşağı göstəricidir. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərə bilir”-deyən deputat qeyd edib ki, Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi-Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir, yəni Cənubi Qafqaz region ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir.

Müşfiq Cəfərov vurğulayıb ki, Avropa regionunda və Cənubi Qafqaz ölkələri qrupunda borcun strateji rezervlərin nisbətinə görə də, Azərbaycan ən yaxşı mövqeyə malikdir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr