AZ

Təkcə yağları deyil, bədbəxt düşüncələri də yandıran pəhriz

Yüksək yağ, az karbohidrat tərkibi ilə son illərin ən populyar arıqlama üsullarından biri sayılan ketogenik (Keto) pəhriz yalnız çəkiyə deyil, həm də əhval-ruhiyyəyə təsir göstərə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Toronto Universitetində aparılan geniş tədqiqat zamanı 15 ölkədən 41 mindən çox yetkin şəxsin məlumatları araşdırılıb. 1965-2025-ci illər arasında dərc edilmiş 50 elmi araşdırmanın nəticələri təhlil edilib.

Nəticələr göstərib ki, keto pəhrizi depressiya simptomlarını əhəmiyyətli dərəcədə azalda bilər. Bu pəhrizdə karbohidratlar demək olar ki, tamamilə kənarlaşdırılır, bədən enerji mənbəyi kimi yağ yandırır və ketonlar istehsal edir. Mütəxəssislər hesab edirlər ki, ketonlar beyin hüceyrələrinə alternativ enerji təmin etməklə koqnitiv funksiyaları və əhval-ruhiyyənin sabitliyini dəstəkləyə bilər.

Seçilən
39
publika.az

1Mənbələr