AZ

Paket insidenti ilə bağlı ilkin araşdırma nəticəsiz olub – “Endrüs” bazasında

ABŞ-nin Merilend ştatındakı “Endrüs” Hərbi Hava Qüvvələri bazasına dünən çatdırılan paketdə olan naməlum ağ tozun təsirinə məruz qalan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

NOCOMMENT.az bu barədə CNN telekanalına istinadən xəbər verir.

Aviasiya bazasının bəyanatında bu insident təsdiqlənib və adı açıqlanmayan şəxsin “şübhəli paketi açmasından” sonra bir neçə binanın boşaldıldığı, hazırda “birbaşa təhlükə”nin olmadığı və araşdırmanın davam etdiyi vurğulayıb.

Rəsmi olaraq paketin tərkibi barədə açıqlama verilməyib.

CNN mənbələri bildirir ki, bağlama açıldıqdan sonra bir neçə nəfər özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib.

Lakin ilkin araşdırmalar bağlamada heç bir təhlükəli maddə aşkar etməyib. Zərərçəkənlərin hansı dərəcədə güclü əlamətlər hiss etdiyi məlum deyil. Bununla belə, mənbələr iddia edir ki, paketdə “siyasi təbliğat” məzmunu daşıyıb.

Qeyd edilir ki, ABŞ prezidenti Donald Tramp müntəzəm olaraq uçuşlar üçün bu bazadan istifadə edir və sonuncu dəfə çərşənbə günü, yəni paket insidentindən bir gün əvvəl orada olub.

Xatirə SADİQ

Seçilən
43
nocomment.az

1Mənbələr