AZ

“Kristal” binalarında enerjiyə qənaət edən pəncərə sistemi!

Kristal” inşa etdiyi binalarda alüminium pəncərə sistemləri ilə sakinlərə həm istilik, həm də səs izolyasiyası baxımından əlavə rahatlıq təqdim edir. Bu sistemlərdə istifadə olunan arqon qazlı şüşələr yayda günəşin istisini içəri buraxmır, qışda isə evin istiliyini qoruyur. Nəticədə, kondisioner və istilik xərclərində real qənaət əldə edilir.

Şüşələrin 60 faiz işıq keçiriciliyi sayəsində mənzillər təbii işıqla dolu və parlaq olur. Üstəlik, bu sistem uzunömürlüdür, uzun illər sonra belə izolyasiya xüsusiyyətini demək olar ki, itirmir.

Pəncərələrdə istifadə olunan alüminium profillər həm möhkəmliyi, həm də zamana qarşı dayanıqlılığı ilə fərqlənir. Rəng dəyişmir, paslanmır, deformasiya olunmur.
Çoxqatlı və laminə şüşələrlə birlikdə 45–50 dB səviyyəsində səs izolyasiyası təmin olunur. Şirkətin təqdim etdiyi yeni videoçarxda bu texnologiyanın üstünlüklərini geniş şəkildə izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=VWFrWNkzaSM

Seçilən
15
4
publika.az

10Mənbələr