AZ

Rəşad Sadıqov forvardı oynada bilməyəcək, müdafiəçi isə... - SON DURUM

Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"u qəbul edəcək "Zirə"nin meydana neçə itkli ilə çıxacağı məlumdur.

Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:

"Cəzalı oyunçu yoxdur. Uzun müddətə sıradan çıxan və adı çempionatın iştirak ərizəsinə salınmayan Abdul Aziz Batibiyenin olmayacağı öncədən bəllidirsə, Davit Volkov zədə səbəbindən "Sumqayıt"a qarşı oynamayacaq. İssa Cibdilanın meydana çıxıb-çıxmayacağı isə sabah müəyyənləşəcək. İssanın komandaya kömək etmək ehtimalı var".

Qeyd edək ki, "Zirə" - "Turan Tovuz" qarşılaşması noyabrın 8-də keçiriləcək. Matçın start fiti 18:44-də səsləndiriləcək.

Nihat

Seçilən
62
1
fanat.az

2Mənbələr