AZ

Qəbul imtahanlarında Zəfər tariximizlə bağlı bu mövzular yer alıb - RƏSMİ

Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci ildən etibarən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının tarix fənni üzrə qəbul proqramına II Qarabağ müharibəsi ilə bağlı ayrıca bölmə daxil edilib.

Modern.az abituriyentlər üçün keçirilən imtahanlarda Zəfər tariximizlə bağlı hansı mövzuların yer aldığına dair məlumat əldə etmək məqsədilə Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, hazırda həmin ixtisas qrupları üçün dərc olunan və DİM-in internet saytında yer alan imtahan proqramının müvafiq bölməsində aşağıdakı mövzular yer alır:

“Böyük Zəfər: ərəfə, Tovuz döyüşləri, Vətən (İkinci Qarabağ) müharibəsi, “Qisas” əməliyyatı, Lokal antiterror əməliyyatı, Qarabağ antiterror əməliyyatından sonra, 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri, Rusiya sülhməramlılarının Qarabağ iqtisadi rayonundan çıxarılması, Qarabağda və Şərqi Zəngəzurda quruculuq, Böyük Qayıdışın ilk addımları və s. mövzular proqramda öz əksini tapıb”,- məlumatda deyilir.

Əlavə olaraq qeyd edilib ki, 2021-ci ildən etibarən qəbul imtahanlarının özündə də bu bölmə üzrə ən azı bir test tapşırığına yer verilir.

Seçilən
1
2
modern.az

3Mənbələr