Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İtaliyanın "Komo" klubunun yarımmüdafiəçisi Niko Pas karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "TBR Football" yayıb.
Məlumata görə, onun xidmətində "Çelsi" maraqlıdır. Mənbə London təmsilçisinin 21 yaşlı argentinalını diqqətlə izlədiyini vurğulayıb. Yazılanlara inansaq, sözügedən futbolçunu sabiq klubu "Real Madrid" də istəyir, amma "Çelsi"nin hazırladığı təklif maddi planda daha cəlbedicidir.
Qeyd edək ki, Pas bu mövsüm İtaliya A Seriyasında meydana çıxdığı 10 matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.
Nihat
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.