AZ

İlin ən yaxşı futbolçusu adına namizədlərin SİYAHISI

ain.az, Lent az saytına istinadən bildirir.

Beynəlxalq Futbol Federasiyası (FİFA) ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.

Lent.az FİFA-nın versiyasına görə ilin ən yaxşı futbolçusu adına namizədləri təqdim edir:

Usman Dembelə (PSJ və Fransa yığması), Əşrəf Hakimi (PSJ və Mərakeş yığması), Harri Keyn (“Bavariya” və İngiltərə yığması), Kilian Mbappe (“Real Madrid” və Fransa yığması), Nunu Mendeş (PSJ və Portuqaliya yığması), Koul Palmer (“Çelsi” və İngiltərə yığması), Pedri (“Barselona” və İspaniya yığması), Rafinya (“Barselona” və Braziliya yığması), Məhəmməd Salah (“Liverpul” və Misir yığması), Vitinya (PSJ və Portuqaliya yığması), Lamin Yamal (“Barselona” və İspaniya yığması).

Keçən il bu nominasiyada qalib “Real Madrid” və Braziliya yığmasının oyunçusu Vinisius Junior olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
lent.az

1Mənbələr