AZ

Abbas Əraqçı: "Zəngəzur dəhlizində İran üçün heç bir təhlükə yoxdur"

"Zəngəzur dəhlizində İran üçün heç bir təhlükə yoxdur"

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Həmədan Universitetində tələbələrlə görüşündə Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən bəyan edib.

"Biz regionun sərhədlərində və geosiyasətində heç bir dəyişikliyi qəbul etmirik. Tərəflərlə birbaşa təmasdayıq. Əmin olmuşuq ki, Zəngəzur dəhlizində İran üçün heç bir təhlükə yoxdur, amma şəksiz ki, prosesləri izləməyə davam edirik".

Abbas Əraqçı regional əməkdaşlığı və "3+3" təşəbbüsünü regional təhlükəsizliyin təmin edilməsinin ən yaxşı yolu hesab edib və İranın Qafqazda davamlı sülh və sabitlik axtardığını bildirib. (Oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
1
olaylar.az

2Mənbələr