AZ

Elita Harri və Meqanı Britaniyaya qaytarmaq istəyir Gizli plan

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Britaniyalı jurnalist Riçard İden bildirib ki, nüfuzlu  siyasətçilər və saray dairələri şahzadə Harrinin və Meqan Marklın yenidən Böyük Britaniyaya qayıdışı üçün plan hazırlayıblar.

Qaynarinfo-nun məlumatına görə, jurnalist "Daily Mail” üçün yazdığı köşə yazısında qeyd edir ki, Harrinin "The Bond, The Banter, The Bravery: What It Means To Be British” ("Bağ, Zarafat və Cəsarət: Britaniyalı Olmağın Mənası”) adlı yeni essesində işlət­diyi bir söz şahzadənin həqiqi niyyətini üzə çıxarıb. Əsər Xatirə Gününə həsr olunub.

Harrinin mətndə yazdığı ifadə belədir:

"Hazırda Amerika Birləşmiş Ştatlarında yaşasam da, Britaniya mənim qürurla xidmət etdiyim və uğrunda döyüşdüyüm ölkədir".

İdenin fikrincə, məhz "hazırda” ("for now”) sözü Harrinin və ailəsinin Kaliforniyada daimi qalmaq niyyətində olmadığını göstərir:

"O, sadəcə "mən ABŞ-da yaşayıram" deyə bilərdi, amma "hazırda" ifadəsini əlavə etdi. Təsəvvür edin, əgər Harri Meqanı "indiki həyat yoldaşım" adlandırsaydı, onların Monteçitodakı malikanəsində neçə fincan sınardı? "Hazırda" ifadəsi "bu an üçün" deməkdir və bu, Harrinin (və ailəsinin) Kaliforniyada uzun müddət yaşamayacağına ciddi bir işarədir".

Məqalədə qeyd olunur ki, essedəki mətn "Harrinin vətənində darıxdığı hər şeyə ünvanlanmış sevgi məktubu”nu xatırladır. Bundan başqa, şahzadə yaxın günlərdə Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə təhlükəsizliyinə dair qərarın yenidən nəzərdən keçirilməsi üçün müraciət edib.

İdenin sözlərinə görə, Harrinin və Meqanın geri dönüşünü nəzərdə tutan gizli planın kod adı "Layihə Ərimə” adlamır. Çünki onun məqsədi Sasseks hersoqları ilə kral ailəsinin qalan üzvləri arasında münasibətlərin istiləşməsini təmin etməkdir. Bununla belə, jurnalist hesab edir ki, cütlüyün qayıdışı şahzadə Uilyam və Ketrin üçün mənfi nəticələr doğura bilər.

Onun fikrincə, kral Harri və Meqanı titullarından məhrum etməli idi — necə ki, şahzadə Endryudan hersoqluğu alıb. "Kaliforniya cütlüyü monarxiya üçün az təhlükə yaratmır", deyə İden qeyd edib.

Daha əvvəl KİV yazmışdı ki,  şahzadə Uilyam taxta çıxdıqdan sonra Harri və onun ailəsini krallıq titullarından məhrum etməyi planlaşdırır.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
qaynarinfo.az

1Mənbələr