Bakı.Trend:
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti HDQkomandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitanTeymur Mürşüdovun rəhbərliyi ilə “PIMEC - 2025” 11-ci BeynəlxalqDəniz Sərgisi və Konfransında iştirak etmək üçün Karaçi şəhərinəsəfər edib.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Pakistan HDQ-sinin rəhbərşəxsləri ilə bir sıra görüşlər keçirilib. Görüşlərdə iki qardaşölkənin HDQ-ləri arasında əməkdaşlıq və maraq doğuran digərməsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Beynəlxalq tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətigündəliyə daxil edilən yaşıl enerji, dəniz təhlükəsizliyi, ətrafmühitin qorunması, dəniz iqtisadiyyatı, dəniz ticarəti vədaşınmaları, həmçinin dəniz turizmi mövzularında müxtəlifkonfranslarda iştirak ediblər.
Qeyd edək ki, tədbir Pakistanın dəniz ticarəti, müdafiə vətexnologiya sahəsindəki imkanlarını nümayiş etdirmək üçün dünyadəniz sənayesinin liderlərini və investorlarını bir araya gətirməkməqsədilə keçirilib.