AZ

Deputat kəndlərdə kommunal xərclərin az olmasını təklif edir

Qaz, su və işıqla bağlı kommunal xərclər arasında şəhər və kəndlər arasında fərq tətbiq olunmalıdır. Bunu Milli Məclisin deputatı Razi Nurullayev 2026-ci ilin büdsəini müzakirə edərkən deyib. 

Deputatın sözlərinə görə, hazırkı tarif siyasəti kənd yerlərində yaşayan insanların həyat şəraitini çətinləşdirir və əhalinin şəhərlərə köçünü sürətləndirir.

Nurullayev vurğulayıb ki, kəndlərdə kommunal xidmətlər üçün güzəştli tariflər tətbiq edilməsə, bölgələrdə insan sayı azalmağa davam edəcək.

Bundan əvvəl Milli Məclisin plenar iclasında deputat rayon və kəndlərdə kommunal xərclərin azaldılamasını və güzəştlərin tətbiq olunmasını təklif edib. 

Gülnar Nazimqızı 

Seçilən
27
anews.az

1Mənbələr