Denizlinin Pamukkale rayonunda ər-arvadın traktoru aşıb, həyatlarını itiriblər.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Həsən Çelikin (62) idarə etdiyi traktor naməlum səbəbdən Güzelpınar məhəlləsində xəndəyə aşıb.
Məlumat əsasında hadisə yerinə tibb və jandarma qrupları göndərilib.
Tibb qrupları sürücünün və həyat yoldaşı Ayşə Çelikin (63) öldüyünü müəyyən ediblər.
Çeliklərin bir gün əvvəl odun yığmaq üçün meşəyə getdikləri və geri qayıdarkən qəzaya uğradıqları öyrənilib.
QAZİLER.AZ